“Qızıl top” haqqında düşünmürəm Rafinya

13.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"“Qızıl top” haqqında düşünmürəm. Amma onu qazansam, bu, klubum və ölkəm üçün əməyimin nəticəsi olacaq". 

"Unikal" xəbər verir ki, bunu "Barselona"nın və Braziliya millisinin hücumçusu Rafinya deyib. 

Onun sözlərinə görə, məqsədi komanda ilə titullar qazanmaqdır: "Fərdi mükafatlar sonra gələcək, gəlməsə, bu da problem deyil. Çoxları mənə Ballon d'Or haqqında xatirələr göndərir, amma mənim üçün fərqi yoxdur. Bu mənim qarşıma qoyduğum məqsəd deyil. Mənim məqsədim titullar qazanmaq və bütün gücümü oynadığım komandaya verməkdir". 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью