“Qızıl top” Messiyə verilməlidir”

15.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Atletiko”nun (Madrid) baş məşqçisi Dieqo Simeone “İnter”in (Mayami) Lionel Messinin 2025/26 mövsümünün yekunlarına görə “Qızıl top” mükafatına layiq olduğunu bildirib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Təcrübəli mütəxəssis həmyerlisinin DÇ-dəki çıxışını yüksək qiymətləndirib:

“2026-cı il “Qızıl top”unun sahibi Leo Messi olmalıdır. Buna şübhə yox. Bu yaşda belə bir DÇ keçirəndən sonra heç bir tərəddüd ola bilməz.”

“France Football” nəşri “Qızıl top”a namizədlərin siyahısını artıq açıqlayıb. Siyahıda Messi yer alsa da, Kriştiano Ronaldo və Rafinya kənarda qalıblar. Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq.

39 yaşlı Messi DÇ-2026-da meydana çıxdığı 8 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 10 qolla bombardir olan Kilian Mbappedən sonra turnirin ən məhsuldar ikinci oyunçusu olub. Argentina yığması turnirin finalına qədər irəliləsə də, həlledici matçda əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə uduzaraq gümüş medallarla kifayətlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью