Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Argentinalı futbolçu Kristian Romero “Qızıl top” mükafatı haqqında fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi qalibin həmyerlisi Lionel Messi olmalı olduğunu deyib:
“Qızıl top” Messiyə verilməlidir. O, karyerasını bitirənə qədər buna layiqdir. Messi kimi futbolçu yoxdur. O vida edəndən sonra artıq mükafatı kimə verilməli olduğunu müzakirə etmək olar”.
Mükafatın qalibi oktyabrın 26-da açıqlanacaq. Əsas namizədlər Lionel Messi, Kilian Mbappe və Lamin Yamaldır.