“Qızıl top” mükafatçısı sıradan çıxdı

01.12.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Qızıl top” mükafatçısı sıradan çıxdı

“Barselona”nın və İspaniyanın qadınlardan ibarət millisinin futbolçusu Aytana Bonmati ciddi zədə alıb.

QOL.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının məlumatına görə, noyabrın 30-da millinin düşərgəsində səhər məşqi zamanı yarımmüdafiəçinin sol incik sümüyündə sınıq aşkarlanıb. Futbolçu bərpa prosesi üçün klubuna geri dönəcək.

Qeyd edək ki, 27 yaşlı Bonmati ardıcıl üç dəfə (2023, 2024 və 2025) "Qızıl top" mükafatını qazanıb. O, "Barselona"nın heyətində keçirdiyi 326 oyunda 117 qol vurub, milli komandada isə 83 matçda 31 dəfə fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью