Qızıl top mükafatının yeni sahibi kim olacaq?

26.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Qızıl top"un növbəti qalibinin kimliyini indidən açıqlayıb.

Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, Xavyer Tebas 2025-ci ilin qalibinin İspaniyadan olacağını deyib:

"Qızıl top"un budəfəki qalibi İspaniyadan olacaq. Hətta əmin edə bilərəm ki, növbəti qalib "Real Madrid"in hücumçusu Kilian Mbappe olacaq".

Qeyd edək ki, 2024-cü ildə "Qızıl top"u İngiltərənin "Mançester Siti" klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью