“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?

31.08.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?

“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix bəlli olub.

QOL.az xəbər verir ki, “Qızıl top” mükafatının 2026-cı il üzrə bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.

Mükafat üzrə namizədlərin sayı və kateqoriyalar belədir:

Kişilər arasında “Qızıl top” - 30 futbolçu Qadınlar arasında “Qızıl top” - 30 futbolçu Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu - 10 namizəd Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu - 5 namizəd Kişilər arasında ilin ən yaxşı qapıçısı - 10 namizəd Qadınlar arasında ilin ən yaxşı qapıçısı - 5 namizəd Kişilər arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd Qadınlar arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd Kişilər arasında ilin ən yaxşı hücumçusu - 10 namizəd Qadınlar arasında ilin ən yaxşı hücumçusu - 5 namizəd İlin ən yaxşı kişi klubu - 5 klub İlin ən yaxşı qadın klubu - 5 klub

“Qızıl top-2026”nın təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu ilki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.

Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью