Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Barselona"nın ulduz futbolçusu Rodri Azərbaycana gəlməyəcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi zədəsi tam sağalmadığı üçün Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək. Matçı buraxacağı dəqiqləşən Rodri paytaxtımıza səfər də etməyəcək.
Təcrübəli futbolçu "Barselona" Azərbaycandan qayıtdıqdan sonra komanda ilə məşqlərə qoşulacaq. Onun noyabrın 29-da "Deportivo" ilə qarşılaşmanın iştirak ərizəsinə daxil ediləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" oyunu saat 21:45-də başlayacaq. İspaniya millisinin heyətində Avropa və dünya çempionu olan Rodri 2024-cü ildə "Qızıl top" mükafatına layiq görülüb.