Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Barselona” ilə müqavilə şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Daha əvvəl yayılan xəbərlərdə DÇ-2026-nın qalibi və 2024-cü ildə “Qızıl top” mükafatının sahibi olan ispaniyalı futbolçunun “Real Madrid”ə keçmək istədiyi iddia olunurdu.
30 yaşlı Rodrinin “Mançester Siti” ilə mövcud müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədər qədər nəzərdə tutulub.