Qızıl Top u qazanmaq arzum olub

28.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Barselona"nın futbolçusu Pedri "Qızıl Top" mükafatından danışıb. 

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi deyib:

"Rodri "Qızıl Top"u qazandıqdan sonra aydın oldu ki, oyunun tempi və yarımmüdafiəni idarə edən bir futbolçu da bu mükafatı qazana bilər. Bu mükafatı qazanmaq həmişə arzum olub. Lakin indi komanda mükafatlarına fokuslanmışam". 

Qeyd edək ki, Pedri bu mövsüm "Barselona"nın heyətində 52 oyuna çıxaraq 6 qol vurub və 7 qolun ötürməsini edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью