sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını "Milan"da davam etdirəcək. Sport24.az xəbər verir ki, o, bu gün İtaliya təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.
39 yaşlı futbolçu ilə 1+1 illik razılıq əldə olunub. Lukanın illik məvacibi 3-3,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Modriç "Real"da 13 illik karyerasını başa vurub. O, komandanın heyətində 28 titul qazanıb. Xorvatiyalı futbolçu 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.