Qızıl top un yeni favoriti bəlli oldu

02.05.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Goal” internet jurnalı bu il “Qızıl top” mükafatına əsas namizədlərin siyahısını təqdim edib.

Globalinfo.az xəbər verir ki, siyahıya “PSJ”nin futbolçusu Usman Dembelenin, həmçinin “Barselona”nın oyunçuları Lamin Yamal, Rafinya və Pedrinin adları daxil edilib. İlk beşliyi isə “Liverpul”un ulduzu Məhəmməd Salah tamamlayır.

Qeyd edək ki, ötən il “Qızıl top” İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə təqdim olunmuşdu. O zaman ikinci pillədə Vinisius, üçüncü yerdə isə Cud Bellinqem qərarlaşmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью