“Qızıl top”a 10 əsas namizəd

10.03.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Goal” nəşri nəşri 2025-ci ildə “Qızıl top” mükafatına əsas namizədlərin siyahısını təqdim edib.

İdman.biz xəbər verir ki, siyahının ilk pilləsində "Liverpul"un hücumçusu Mohamed Salah qərarlaşıb.

Bu mövsüm uğurlu çıxışı ilə fərqlənən misirli hücumçu komandası İngiltərə Premyer Liqasında növbəti çempion titulunu qazanmağa yaxındır. Siyahıda növbəti yerləri Kilian Mbappe və Rafinya tutublar.

"Qızıl topu" qazanmağa 10 namizəd:

1. Mohamed Salah "Liverpul, İngiltərə)
2. Kilian Mbappe ("Real", İspaniya)
3. Rafinya Dias ("Barselona", İspaniya)
4. Lamin Yamal ("Barselona", İspaniya)
5. Harri Keyn ("Bavariya", Almaniya)
6. Robert Levandovski ("Barselona", İspaniya)
7. Vinisius Junior, ("Real", İspaniya)
8. Cud Bellingem ("Real", İspaniya)
9. Camal Musiala ("Bavariya", Almaniya)
10. Pedri ("Barselona", İspaniya)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью