futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Barselona”nın futbolçusu Lamin Yamal “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, vinger “Marca”ya açıqlamasında bunları deyib:
“Fikrimcə, dünyanın ən yaxşı iki oyunçusu mən və Mbappedir. Futbolu izləyən hər kəs bunu bilir.
Mükafatı mən kimə verərdim? Təbii ki, dünyanın ən yaxşı oyunçusuna. Son illərdə əldə etdiyim uğurlara baxsaq, “Qızıl top”a mən layiqəm”.
Yamal bu yay İspaniya millisi ilə dünya çempionu olub.