futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bavariya”nın futbolçusu Harri Keyn ötən yay iki klubdan təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Real” və “Barselona” yay transfer dönəmində ingiltərəli hücumçu ilə danışıqlar aparıb. Lakin Keyn “Bavariya”da qalacağını və klubunu dəyişmək fikrində olmadığını bildirib.
32 yaşlı futbolçu bir neçə gün əvvəl “Qızıl top” mükafatını qazanıb. O, cari ildə 65 oyunda 73 qol vurub.