“Qızıl top”un sahibi “Bavariya”da qalır Yeni müqavilə imzalanacaq

28.10.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen təmsilçisi ilə müqaviləsini uzatmağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə klubun baş direktoru Yan-Kristian Drezen “Bild” nəşrinə açıqlamasında bildirib.

Almaniya klubunun rəsmisi ingiltərəli futbolçu ilə yeni müqavilə üzərində işlərin davam etdiyini təsdiqləyib.

“Yeni müqavilə mövzusunda çox nikbinəm. Hazırda müqavilənin detalları üzərində işləyirik. Harri fantastik futbolçudur. ‘Qızıl top’un qalibinin komandamızda olması ilə fəxr edirik”, – deyə Drezen bildirib.

Qeyd edək ki, 2026-cı il üzrə “Qızıl top” mükafatını qazanan Harri Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. İngiltərə millisinin hücumçusu 2023-cü ildə “Tottenhem”dən Münhen klubuna transfer olunub.

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr” “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi “Barselona” Premyer Liqadan transferə hazırlaşır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью