Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz qərarı ərəfəsində investorların ehtiyatlı davranması qızılın qiymətinin azalmasına səbəb olub.
“Bakupost” xəbər verir ki, qızılın bir unsiyası 0,2% ucuzlaşaraq 4 010,39 dollara, ABŞ-də qızıl fyuçersləri isə 0,4% azalaraq 4 023,57 dollara düşüb.
Enerji qiymətlərinin inflyasiyanı artıracağı ilə bağlı narahatlıqlar qızıl bazarına təzyiq göstərir. İnvestorlar çərşənbə günü açıqlanacaq FES qərarını və gələcək faiz siyasətinə dair siqnalları gözləyirlər.
Vüsalə Hüseynova,
BakuPost