Qızıl unsiyasının qiyməti 10 000 dollara çata bilər

28.01.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Broker və məsləhət xidmətləri göstərən "SBG Securities" şirkətinin qiymətləndirməsinə görə, pul siyasəti daha da dəstəkləyici (yumşaq) olarsa (ABŞ Mərkəi Bankı (FED) faizləri daha da aşağı salarsa - red) və geosiyasi amillər dolları zəiflətməyə davam edərsə, qızılın qiyməti bu il unsiya üzrə 10 min dollara qədər yüksələ bilər.

Marja.az-ın məlumatına görə, şirkət qeyd edib ki, qızıl üçün əsas hərəkətverici amil ABŞ-da faiz endirimlərinə dair gözləntilərdir. Bazarlar bu il 2 dəfə faiz endirimini qiymətlərə daxil etsə də, SBG daha çox endirim üçün imkan görür.

Qurum bildirir ki, “2026-cı ildə FED tərəfindən 3 dəfə faiz endirimi ilin sonunadək qızılı 7000 dollara qaldıra bilər (SBG-nin əsas ssenarisi), daha "göyərçin" (daha çox faiz endirimi -red) isə qızılın unsiyasnın qiymətini 10 000 dollara qaldıra bilər.”

Bununla belə, SBG faizlərin dəyişməz saxlanılmasını daha ehtiyatlı seçim hesab edir. Qurumun fikrincə, zəif dollar artıq ABŞ-da inflyasiyaya  təsir göstərir və bu təsir enerji qiymətlərinin artımı ilə daha da güclənə bilər.

Qlobal miqyasda aparıcı investisiya bankçılığı və maliyyə məsləhət xidmətləri şirkəti "RBC Capital Markets" də bildirib ki, 2025-ci ildə qızılın qiymətində təxminən 65 faizlik artım 2026-cı ildə də təkrarlanarsa, qiymət ilin sonuna qədər 7 min 100 dollara qədər yüksələ bilər. RBC-nin təhlilində ticarət gərginlikləri, siyasi və geosiyasi qeyri-sabitlik, eləcə də FED-in müstəqilliyi ilə bağlı narahatlıqların qızıl üçün güclü makro zəmin yaratdığı vurğulanıb. Mərkəzi banklar və investorlar tərəfindən tələbin azalmadığı, ETP aktivlərinin isə qiymətlərlə paralel şəkildə artdığı qeyd edilib. Təhlildə qeyd edilib ki, keçmiş böyük "rallilər ilə" müqayisədə mövcud qiymət yüksəlişin müddətinin normal olduğu, tarixi orta göstəricilərə əsasən artımın sentyabr və ya dekabr ayına qədər davam edə biləcəyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью