Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qlobal investisiya bankı “Goldman Sachs Group Inc.” mərkəzi banklar və özəl investorlar tərəfindən qızıla olan güclü tələbi əsas gətirərək, qiymətli metal üzrə gözləntilərini yenidən nəzərdən keçirib.Bankın analitikləri tərəfindən yayımlanan qeyddə bildirilir ki, daha əvvəl 2026-cı ilin dekabrı üçün 4 900 dollar səviyyəsində açıqlanan qızılın unsiya üzrə qiymət hədəfi 5 400 dollara yüksəldilib.
Qeyd olunur ki, bu qərar qızılın qlobal maliyyə bazarlarında strateji əhəmiyyətinin artdığı bir dövrə təsadüf edir.Hesabata görə, mərkəzi bankların il ərzində ayda orta hesabla 60 ton külçə qızıl alacağı gözlənilir.
Bu isə institusional tələbin güclü qalacağını göstərir. Qızıla əsaslanan birja investisiya fondlarında aktivlərin həcminin artacağı proqnozl
Mərkəzi banklar artıq məhdud həcmdə olan külçə qızıl üçün özəl sektor investorları ilə birbaşa rəqabət aparmağa başlayıblar.Cavid, BakuPost