Qızıl və gümüş ucuzlaşdı

23.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində azalma müşahidə olunub.

Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,51% ucuzlaşaraq 4 139,4 ABŞ dollarına düşüb.

Eyni zamanda COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 4,27% azalaraq 63,25 ABŞ dolları təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью