Qızıl və gümüşün qiyməti ARTDI

08.04.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,39% artaraq 3 014,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,46% artaraq 30,04 ABŞ dollarına bərabər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью