Qızıl və gümüşün qiyməti yenidən kəskin bahalaşdı

26.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qızılın qiyməti tarixi maksimumu yeniləyərək bir unsiya üçün 5 000 ABŞ dollarını ötüb.

Bakıvaxtı.az xəbər verir ki, qiymətlərdəki bu rekord artım geosiyasi qeyri-müəyyənliklərin artması fonunda investorların təhlükəsiz sığınacaq hesab olunan aktivə kütləvi şəkildə yönəlməsi ilə əlaqələndirilir.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 1.75% dəyər qazanaraq 5105 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri də rekord dərəcədə - 6.36% bahalaşaraq 107.77 ABŞ dolları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью