Qızıl və gümüşün qiymətində artım qeydə alındı

27.06.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım qeydə alınıb.

Milli.Az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% yüksələrək 4 096,3 ABŞ dollarına çatıb.

Eyni zamanda, gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçersləri də 1,49% bahalaşaraq 59,67 ABŞ dolları təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью