Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Qızılın bahalaşması davam edir.
Bu gün xalis qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti bir qədər də bahalaşaraq 3250 dollara çatıb.
Hazırda qızılın bir qramının qiyməti 104-105 dollardır. Bu qiymət milli valyuta ilə hesablasaq 177-179 manata bərabərdir.
Sfera.az bildirir ki, qızılın bahalaşması artıq üçüncü ildir ki, davam edir.
Rusiya-Ukrayna müharibəsi başlayanda qızılın bir troya unsiyasının qiyməti 1700 dollar (qramı 55 dollar) idi.
Bir il əvvəl qızılın qiyməti 2300 dollara (qramı 74 dollar), hazırda isə 3250 dollara çatıb.
Müqayisə göstərir ki, müharibə başlayandan qızılın dəyəri 1550 dollar, yəni 91 faizdən çox artıb.
Son bir ildə isə qızıl 38 faizə yaxın bahalaşıb. Başqa sözlə, 3 il əvvəl 1000 dollarlıq qızıl alanlar hazırda 1910 dollar vəsaitə sahibdir.