Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. Son zamanlar qızılın qiyməti bahalaşmaqda davam edir.Dünya Bankının məlumatına görə, q
Belə ki, 2023-cü il üzrə qızılın bir troya unsiyasının orta qiyməti 1943 dollar olduğu halda, bu ilin oktyabr ayında bu rəqəm 2690 dollara y
Başqa sözlə, ilin əvvəli ilə müqayisədə qızıl dünya bazarında 38,4% bahalaşıb. Azərbaycan Dövlət Neft Fondu da bu il qızıl alışını artırıb.
Tələbin yüksəlməsi isə qiymətlərin daha da artmasına təsir edib.Bəs görəsən, bu bahalaşmanın səbəbi nədir?
Bahalaşma hansı səviyyəyə qədər davam edə bilər?Mövzu ilə bağlı Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qarşıdakı dövrdə qızılın qiymətinin daha da artacağı gözlənilir.Onun sözlərinə görə, dünya maliyyə bazarında, o cümlədən ictimai-siyasi proseslərdə qeyri-stabillik yaşananda qızılın qiyməti bahalaşır.
Müsahibimiz qeyd edib ki, bu halda dünya dövlətləri və dünya maliyyə mərkəzləri valyutalardan daha çox, min illərlə dəyişməyən və real valyuta sayılan qızıla üstünlük verirlər.Qızılın bahalaşmasının başlıca səbəblərdən biri də milli valyutaların devalvasiyaya uğramasıdır.
Ayrı-ayrı dövlətlərdə beynəlxalq səviyyədə inflyasiya gedir və bu inflyasiya milli valyutaların alıcılıq qabiliyyətinə təsirsiz ötüşmür.
Nəticədə ümumi ölçü vahidi olan qızılın qiyməti yüksəlib:“Ümumilikdə dövlətlərin gücü onların qızıl ehtiyatları ilə ölçülür.