Qızıl yeni rekord həddə yaxınlaşır

12.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb.

Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 2,42% artaraq 4 213,4 ABŞ dollarına yüksəlib.

Birjada gümüş də bahalaşıb. Belə ki, “COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti 4,8% artaraq 67,07 ABŞ dolları təşkil edib.

Analitiklər qiymətli metalların bahalaşmasını qlobal bazarlardakı qeyri-müəyyənlik və investorların təhlükəsiz aktivlərə marağının artması ilə əlaqələndirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью