Qızıl yenidən bahalaşdı

03.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən artıb.

Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,65% və ya 21,1 dollar artaraq 3 243,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə azalaraq 0,65% və ya 0,21 dollar azalaraq 32,26 ABŞ dollarına enib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью