Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan son məlumata görə qızılın 1 qramını
Yeniavaz.com xəbər verir ki, 1 qram qızılın qiyməti son 2 ayda 4% və ya 6,2 manat ucuzlaşıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti 2 ay əvvəl Azərbaycanda tarixi zirvəyə yüksəlib.
Qızlın qiyməti ötən ilin əvvəlindən başlayaraq sürətlə bahalaşıb və noyabrın əvvəlində ən yüksək səviyyəyə çatıb.
Belə ki, yanvar ayının əvvəlində 1 qram qızıl 112,2 manat olduğu halda, noyabr ayının əvvəlində 152,7 manata yüksəlib.
Əvvəlki illərin təcrübəsinə baxdığımız zaman açıq şəkildə görülür ki, qızılın qiyməti böhran dövürlərində bahalanmağa başlayır.
Məsələn, 2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan sonra dünyada qızılın qiyməti sürətlə bahalaşdı.
Təkcə 2009-cu ildə sarı metalın qiymətində 34% artım qeydə alındı.