Qızıla yatırım edənlərə şad xəbər: Bir unsiyanın qiyməti...

25.03.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

Globalinfo.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% və ya 1,4 dollar artaraq 3 045,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,43% və ya 0,14 dollar artaraq 33,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью