Qızılağacları kəsənlər saxlanıldı

20.04.2026

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi nəticəsində təbiətə 5 min manatdan artıq maddi ziyan vurulub. Keçirilən əməliyyat tədbirləri ilə həmin əməli törətməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.
Bundan əlavə, Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktı da aşkarlanıb. Araşdırmalar zamanı həmin ərazidə 350 ədəd qaratikan kolunun məhv edildiyi və nəticədə təbiətə 26 min manatdan artıq ziyan vurulduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən daha iki nəfər də saxlanılıb.
Hər iki fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью