Qızılbalığı boya ilə saxtalaşdırırlar Alarkən bu əlamətlərə diqqət edin

19.11.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vicdansız satıcılar və istehsalçılar daha ucuz balıq növlərini bahalı qızılbalıq fəsiləsindən olan balıq kimi təqdim etmək üçün qida boyalarından istifadə edirlər.

Azpost.info bildirir ki, bu barədə “Zvezda” telekanalının saytına Sahil Balıqçılığı İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Valentin Balaşov məlumat verib.

O bildirib ki, belə hallara bazarda rast gəlinir. Lakin bu cür saxtakarlıq daha çox kiçik ticarət obyektlərində və kortəbii təşkil olunan bazarlarda baş verir, iri ticarət şəbəkələrində isə daha az müşahidə olunur.

Ekspertin sözlərinə görə, saxta məhsullar qızılbalıq, keta, qorbuşa və sima balıqlarının xarici görünüşünü təqlid edə bilər. Bunun üçün vicdansız bazar iştirakçıları başqa növ balıqdan istifadə edir, onun ətini xüsusi boyalar vasitəsilə qızılbalıq fəsiləsindən olan balıqların ətinə bənzədirlər.

Balaşov qeyd edib ki, əsl qırmızı balığın əsas əlamətlərindən biri ətinin kifayət qədər qalın olmasıdır. Mütəxəssis alıcılara məhsulu aldıqları yerə diqqət yetirməyi və tanımadıqları satıcılardan balıq almaqla risk etməməyi tövsiyə edib.

Onun sözlərinə görə, tanış mağazalara və iri ticarət şəbəkələrinə üstünlük vermək daha yaxşıdır. Çünki saxta balıq məhsullarına belə satış məntəqələrində rast gəlinmir. Məhsulun mənşəyini əlavə olaraq müşayiətedici sənədlər vasitəsilə yoxlamaq mümkündür.

Ekspertin diqqət çəkdiyi digər şübhəli məqam isə balığın həddindən artıq ucuz olmasıdır. Əgər məhsul digər mağaza və bazarlardakı qiymətlərlə müqayisədə iki dəfə ucuzdursa, onu almaqdan imtina etmək məsləhətdir.

Balaşov həmçinin kortəbii bazarlardan və tanınmayan satıcıların açıq qablarda təqdim etdiyi balıq məhsullarından uzaq durmağı tövsiyə edib.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью