Qızılda əsrin ən yüksək artımı 26 faiz

31.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

ABŞ Mərkəzi Bankının faiz siyasətini növbəti dəfə yumşaltması, eləcə də davam edən geosiyasi risklər fonunda mərkəzi bankların qızıl alışını artırması fonunda qiymətli metal 2024-cü ili əsrin ən yüksək illik artımı ilə sona çatdırır.

Teleqraf.com "Bloomberg"ə istinadən xəbər verir ki, 2024-cü ildə qızıl 26 faiz bahalaşıb.

Qlobal bazarlarda ilin son ticarət günündə qızılın unsiyası 2 min 605 dollardan alınır.

Qızılın unsiyası 2023-cü ilin sonunda 2 min 63 dollar olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью