Qızıldan hazırlanan zinət əşyaları sürətlə bahalanır

03.03.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti sürətlə bahalanır.
Yeniavaz.com
xəbər verir ki, bu ilin yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 722,5 manat olub.
Müqayisə üçün bildirək ki, son bir ildə 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 21% və ya 124 manat bahalanıb. Belə ki, ötən ilin yanvar ayında zərgərlik dükanlarında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 598,5 manat olub.
750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün son 5 ildəki qiyməti belə olub:
2021-ci ilin yanvar ayı – 431 manat;
2022-ci ilin yanvar ayı – 504 manat;
2023-cü ilin yanvar ayı – 572 manat;
2024-cü ilin yanvar ayı – 598,5 manat;
2025-ci ilin yanvar ayı – 722,5 manat.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью