Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dahi alim və həkim Avisenna qızıgülün faydalı xüsusiyyətlərinə böyük elmi əsər həsr etmişdir.
Ta qədimdən qızılgül suyu və yağı müalicəvi və kosmetik vasitə kimi geniş istifadə olunurdu.
İnsanların əksəriyyəti bilir ki, qizilgülün ətri əhval-ruhiyyəni yaxşılaşdırır. Bunu tibb də təsdiq edir.
Qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stresslə və depressiya ilə mübarizə etməyə kömək edir.
Qızılgül əsl təbii antidepressantdır. Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silin və bir qədər uzanın.
Bu sizi sakitləşdirəcək və gərginliyin azalmasına kömək edəcək. Qızılgül suyu ilə vannalar da çox yaxşı sakitləşdirici təsir edir.
Vannanı ilıq su ilə doldurun və ora 1 stəkan qızılgül suyu tökün.