Qızılın qiyməti 3 min dollara yüksələcək

08.01.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Qızılın qiyməti 2025-ci ildə bir unsiya üçün 3 min dollara qədər yüksələ bilər.

Azpost bildirir ki, bu barədə analitiklərin proqnozlarında açıqlanıb.

2024-cü ildə qiymətli metal mərkəzi bankların tələbi və iqtisadi və siyasi qeyri-sabitlik şəraitində qoruyucu aktiv statusu səbəbindən 30% bahalaşıb.

Bloomberg UBS-in  proqnozuna istinadən yazır ki, 2025-ci ilin sonuna qədər birjada qızılın unsiyası 2900 dollara qədər yüksələcək. Hesabata görə, 2026-cı ilin sonuna kimi qızılın qiyməti bir unsiya üçün 2950 dolları keçəcək.

Qızıl qiymətləri 2024-cü ildə təxminən 30% arıb. Ekspertlərin fikrincə, yüksəliş tendensiyası 2025-ci ildə də davam edəcəkş Qızıl iqtisadi və siyasi qeyri-sabitlik dövründə investorlar tərəfindən “təhlükəsiz sığınacaq” kimi baxılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью