Qızılın qiyməti 3200 dolları keçdi

11.04.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Comex birjasında  2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 3200 dollardan yuxarı qalxıb.

Banco.az xəbər verir ki, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3209,7 dollar (+2,17%) təşkil edib. 

Qızıl fyuçerslərinin qiyməti aprelin 2-də troya unsiyası üçün 3200 dollardan yuxarı qalxaraq tarixi maksimumunu təzələdi. Aprelin 2-də  məlumata görə, qiymətli metalın qiyməti 1,12% artaraq 1 troya unsiyası üçün 3201,6 dollar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью