Qızılın qiyməti kəskin artmaqda davam edir

29.01.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Qızılın qiymətləri kəskin şəkildə artmaqda davam edir.

AzPost Reuters agentliyinə istinadən bildirir ki, qiymətlər son zamanların ən yüksək həddini keçərək troya unsiyası üçün 5400 dolları keçib.

Çərşənbə axşamı qızılın spot qiyməti əvvəllər rekord həddə – 5591,61 dollara çatmışdısa, təxminən 2% artaraq unsiyası üçün 5511,79 dollara çatıb. Beləliklə, qiymətli metal bir neçə həftəlik rekord trendini uzadıb.

Analitiklər qiymət artımını qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənlik fonunda təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqələndirirlər. Əsas amillərə artan dövlət borcları, gərgin beynəlxalq mühit və bir sıra aparıcı ölkələrdə iqtisadi siyasətin istiqaməti ilə bağlı narahatlıqlar daxildir.

Qızıl bazarına əlavə dəstək öz ehtiyatlarını artırmağa davam edən mərkəzi banklar, eləcə də iri institusional investorlar tərəfindən təmin edilir. Bazar iştirakçıları rekord qiymət səviyyələrinə baxmayaraq qızıla marağın sabit olaraq yüksək olduğunu bildirirlər.

Artma digər qiymətli metallar bazarlarında da qeydə alınıb. Xüsusilə, gümüş unsiyası üçün 120 dollara yaxınlaşıb, platin isə rekord həddə çatıb.

Ekspertlər qeyd edirlər ki, mövcud qlobal risklər və aparıcı mərkəzi bankların yumşaq pul siyasəti davam edərsə, qızılın qiymətləri yüksək olaraq qala bilər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью