Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Artıq dünyada, qiymətli metallar bazarında qızılın qiymətlərinin sürətlə yuxarı qalxdığını müşahidə etmək olur.
Xarici analitiklər bu barədə müxtəlif versiyalar irəli sürürlər.
Hazırda bir unsiyanın qiyməti 5100 dolları keçib, yeni bir rekord həddə çatıb.
Bu, dünya miqyasında investorların diqqətini cəlb edib.
Maraqlıdır, niyə birdən-birə belə olur və bunun bizim üçün müsbət və mənfi tərəfləri nədir?
Ümumiyyətlə, qızılın bu sürətli bahalaşması real iqtisadi risklərdən, yoxsa psixoloji panikadan qaynaqlanır?
Bu barədə Gununsesi.info-ya iqtisadçı Natiq Cəfərli danışıb.
O bildirib ki, qızılın qiymətinin artmasının səbəbi dünyadakı geosiyasi gərginliklərdir:
“Tarixən geosiyasi gərginliklər, müharibə təhlükəsi olduğu zaman qızıl “güvənli liman” rolunu oynayıb inverstorlar üçün. İndi də belədir. Bundan başqa, bir çox böyük ölkələrin mərkəzi bankları da qızıl almağa başladılar. Nəticə olaraq da qızılın qiyməti fantastik qiymətə qalxdı. Azərbaycan üçün xeyri o oldu ki, Neft Fondu da qızıla yatırım etmişdi. 5-6 milyard dollar əlavə olaraq Azərbaycan Neft Fondunun qızıl ehtiyatların hesabına təmarük olduğuna əsas verir. Amma bu bahalaşma nə qədər davam edəcək sualına cavab vermək çətindir. Dünya tarixinə baxanda həmişə kəskin bahalaşmadan sonra kəskin ucuzlaşma da olur. Ola bilər ki, geosiyasi gərginlik sakitləşən kimi qızılın qiymətindən enmə müşahidə edə bilərik. Konkret desək, bu, iqtisadi yox, geosiyasi proseslərlə bağlı məsələdir”,- deyə o bildirib.
Orxan
Gununsesi.info