Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq. Dünya bazarında qızılın qiyməti rekordlardan sonra düşür.
Bazar ertəsi 1 unsiya qızıl 4381 dollara qədər yüksələrək yeni rekord qırdıqdan sonra hazırda 4100 dollatdan aşağı qiymətə ticarət olunur.İnvestorlar qızılın qiymət istiqamətinin necə dəyişəcəyini maraqla izləyirlər.Marja xəbər verir ki, qızılın qiymətilə bağlı yeni proqnoz ABŞ-ın nəhəng maliyyə qurumu Citi Bank tərəfindən verilib.
Citi, qısamüddətli dövrdə əvvəlki nikbin mövqeyini yumşaldaraq, növbəti 0–3 ay ərzində 1 unsiya qızılın qiymətinin 4 000 dollar səviyyəsində sabitləşəcəyini gözlədiyini açıqlayıb.
Bakı vaxtı ilə saat 15:35-də qızıl 2% ucuzlaşma ilə 4044 dollardan ticarət olunub. Dünən qızıl 6 faizdən çox ucuzlaşıb.
Banka görə, ABŞ hökumətinin bağlanmasının başa çatması və Çinlə ABŞ arasında əldə edilə biləcək razılaşmaların açıqlanması növbəti 2–3 həftə ərzində qızıl bazarında qiymətlərin daha da düşməsinə səbəb ola bilər.ABŞ-Çin ticarət gərginliyinin azalması və qlobal ticarət danışıqlarında irəliləyiş gözləntiləri qızıla “təhlükəsiz liman” tələbini zəiflədib.
Həmçinin investorlar ayın əvvəlində baş verən güclü bahalaşmadan sonra mənfəət götürməyə üstünlük veriblər, bunun üçün qızıl satırlar.
Qlobal bazarlarda diqqətlər bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə yönəlib.Digər metallarda qiymət artımı gözlənilirCiti Bank qızıl üçün qısamüddətli dövrdə ehtiyatlı mövqe tutusa da, ortamüddətli dövrdə əsas metallar üzrə qiymət artımı proqnozlaşdırır.
Bankın qiymətləndirməsinə görə, misin qiyməti növbəti 6–12 ay ərzində 1 ton üçün12 min dollara, alüminiumun qiyməti isə 2027-ci ilə qədər 1 ton üçün 3500 dollara yüksələcək.Neft üçün 60 dollarlıq proqnozNeft bazarına dair qiymətləndirməsində Citi bildirib ki, 2026-cı ilin ilk rübündə Brent markalı neftin orta qiyməti bir barel üçün təxminən 60 dollar səviyyəsində olacaq.Ticarət danışıqları ilə bağlı nikbinlik qızılı ucuzlaşdırırQızılın qiymətinin geriləməsi ABŞ Prezidenti Donald Trampın açıqlamalarından sonra baş verib.