Icma.az, 525.az saytına istinadən bildirir.
“Azərbaycan qızılın qiymətinin yüksək olduğu dövrdə ehtiyatlarının bir hissəsini satışa çıxardı. Bu, birmənalı şəkildə doğru addım idi. Çünki Dövlət Neft Fondu qızılı daha yüksək qiymətə sataraq daha çox gəlir əldə etmək imkanına malik oldu. Təbii ki, bu da Dövlət Neft Fondunun gəlirlərinin artmasına xidmət etdi. Digər tərəfdən, qızılın qiymətində mütəmadi olaraq dalğalanmalar müşahidə edirik”.
Bunu 525.az-a millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, qızıl həmişə investorların daha çox sərmayə yönəltdiyi alətlərdən biri olub və gözlənilir ki, xüsusilə də Hörmüz boğazında mövcud gərginlik aradan qalxarsa, bu, yenidən qızıla tələbin artmasına və qızılın qiymətinin yüksəlməsinə gətirib çıxara bilər:
“Amma enerji bazarında qiymətlər daha da artarsa, bu halda qızılın qiymətində azalmalar müşahidə edə bilərik. Hazırda enerji bazarı investorların qızıl yığımına təsir göstərən əsas amil olaraq qalmaqdadır. Bununla yanaşı, qlobal iqtisadiyyatdakı vəziyyət və baş verən dəyişikliklər də birbaşa qızıla olan tələbə təsir göstərir".
Sevinc Qarayeva