Qızılla bağlı bu xəbər panika yaratdı: bunu heç kim gözləmirdi

01.02.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

NASA tərəfindən yaxından izlənilən və Mars ilə Yupiter arasındakı Asteroid Qurşağında yerləşən 16 Psyche asteroidi, tərkibindəki metal zənginliyi ilə elm dünyasını heyrətə gətirib.

Globalinfo.az milli.az xəbər verir ki, bu asteroid digərlərindən fərqli olaraq buz və ya qayadan deyil, demək olar ki, tamamilə metaldan ibarətdir. Alimlərin hesablamalarına görə, asteroidin tərkibindəki qızıl, dəmir və nikelin ümumi dəyəri 10.000 katrilyon dollardır. Müqayisə üçün qeyd edək ki, bu məbləğ bütün dünya iqtisadiyyatının cəmindən dəfələrlə çoxdur.

Məqalədə qeyd olunur ki, əgər bu asteroiddəki bütün qiymətli metalları Yer kürəsinə gətirmək mümkün olsa, qızılın və digər qiymətli metalların nadir olma xüsusiyyəti itəcək. Bu isə qızılın qiymətinin kəskin ucuzlaşaraq “zibil” səviyyəsinə düşməsi və dünya maliyyə sisteminin çökməsi deməkdir.

NASA artıq bu “metal dünya”nı araşdırmaq üçün Psyche missiyasını işə salıb. Kosmik gəminin asteroidə çatması və onun nüvəsini araşdırması planlaşdırılır. Bu tədqiqat təkcə iqtisadi deyil, həm də elmi əhəmiyyət kəsb edir, çünki Psyche-nin parçalanmış bir planetin nüvəsi olduğu düşünülür.

Asteroiddəki sərvətin dəyəri astronomik olsa da, hazırkı texnologiya ilə həmin metalları Yerə gətirmək və emal etmək hələlik qeyri-mümkündür. Lakin bu kəşf gələcəkdə “kosmos mədənçiliyi”nin (space mining) nə dərəcədə əhəmiyyətli olacağını göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью