Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda 53 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qızına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, 8 Noyabr prospektində baş verib. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zaur həmin prospektdə yerləşən fərdi yaşayış evində ailə-məişət zəminində aralarında mübahisə zamanı qəsdən əl zərbələri ilə qızı İlhamənin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyələrindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Zaur bildirib ki, məlum hadisə günü işdən gələrək yorğun olduğu üçün yatmaq qərarına gəlib: “Lakin gecə saat 01:00-da qızım ilə arvadım yüksək səslə danışdıqları üçün onların üzərinə qışqıraraq sakit olmalarını bildirdim. Bu zaman qızım mənə cavab qaytardıqda əsəbləşdim, qəsdən onun üz, qarın və baldır nahiyəsindən şillə ilə 2-3 dəfə vurdum”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxs ilə barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirib. O, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, 8 Noyabr prospektində baş verib. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Zaur həmin prospektdə yerləşən fərdi yaşayış evində ailə-məişət zəminində aralarında mübahisə zamanı qəsdən əl zərbələri ilə qızı İlhamənin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyələrindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.