Qızıma deyirəm ki, döz

29.10.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

“Qadın dözümlü olmalıdır. Qadından çox şey asılıdır: ailəni saxlamaq, uşaqları tərbiyə etmək".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Oruçova MTV-də qonaq olarkən deyib. Aktrisa qadınların ailədəki məsuliyyətindən danışıb, qızına verdiyi məsləhətləri bölüşüb:

"Qadın heç də kişidən əskik çalışmır. Amma qadının işi daha çoxdur. Qadın işdən sonra evə gəlir, ev işi, uşaq problemi... Qızıma deyirəm ki, döz. Çox şükür, qızım ağıllıdır. Müdrik qızdır, çox götür-qoy edir, fikirləşir. Amma görürəm ki, düzgün qərar verir”.

Qeyd edək ki, Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir. Cütlüyün bir övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью