Qızıma görə atası ilə bir yerdəyik

12.11.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Müğənni Günel Ələkbərova şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində övladının atası ilə münasibətlərindən danışıb.

"Münasibətimiz yoxdur. Qızıma görə bir yerdəyik. Birlikdə kinoya, əyləncəyə gedirik. Qızım atası ilə nəfəs alır. Ata kimi mükəmməl atadır. Mən atasız böyümüşəm və qızımın da eyni hissləri yaşamasını istəmirəm."

Ələkbərova bildirib ki, qızı üçün ata-ana sevgisinin bir yerdə hiss olunması çox vacibdir:

"Bizim münasibətimiz bitib, amma valideynlik məsuliyyətimiz qalır. Qızım üçün hər şeyi edirik."

Müğənninin bu səmimi etirafı sosial şəbəkələrdə müsbət qarşılanıb. İzləyicilər Günel Ələkbərovanın doğru qərar verdiyini təqdir ediblər.

Musa
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью