Qızımı belə böyütməməli idim

24.10.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb.
Bizim.Media Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə 2+1 adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:
"İndi başa düşürəm ki, onu çox qorumuşam. Elə lazım deyildi, daha sərbəst böyütməli idim. Bəlkə də yeganə övladım olduğu üçün çalışdım ki, onu hər şeydən, hər kəsdən qoruyum. Çox sıxmışam.
Qızım çəkilişlərdən qaçır. İstəmir ki, müsahibə versin, kamera qarşısına keçsin. İndi də onun fotosunu paylaşmıram. Qızım universitetdə oxuyanda da tələbə yoldaşlarına mənim onun anası olduğumu demirdi. Qızlar evimizə gələndə şəklimi görüb soruşurdular ki, sənin nəyindir?"
S.İsgəndərli nəvəsi ilə də mümkün qədər çox vaxt keçirməyə çalışdığını vurğulayıb:
"
Bacardığım qədər onların yanında oluram. Uşaqlara dəstək olmağa çalışıram".
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью