Qızımı qarşılamağa gedirəm Stüardessa Aydanın anası a DANIŞDI

26.12.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Təyyarə qəzasından sağ çıxan stüardessa Aydan Rəhimlinin vəziyyəti yaxşıdı. 

Bu barədə Lent.az-a Aydan Rəhimlinin anası Ülviyyə xanım məlumat verib. 

Onun sözlərinə görə, qızı bu gün Bakıya gətiriləcək: 

"Məni hava limanına dəvət etdilər. Hazırda ora gedirəm. Qızımın vəziyyəti yaxşıdır".

Ülviyyə xanın onu da qeyd edib ki, Aydan bir il idi stüardessa işləyirmiş:

"Bir il idi bu işə keçmişdi. İşini çox sevirdi. Qismət, Allah hamının köməyi olsun". 

Qeyd edək ki, stüardessa Aydan Rəhimli Zaqataladandır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью