Qızından Cerrarda şad xəbər: 45 yaşında...

06.01.2025

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul" klubunun əfsanəvi kapitanı Stiven Cerrard baba olacaq.

Publika.az xəbər verir ki, İngiltərə millisinin sabiq yarımmüdafiəçisinin böyük qızı Lilli hamilə olduğunu açıqlayıb. Sabiq futbolçu 45 yaşında baba olacaq.

"Biz bunu səbirsizliklə gözləyirik. Biz səni sevirik", - deyə 4 uşaq atası olan Cerrard qızının sosial şəbəkədəki paylaşımının altına yazıb.

Hazırda Stiven Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq”ın baş məşqçisidir. İngilis mütəxəssis “Aston Villa”, “Liverpul” və “Reyncers” kimi komandaları da çalışdırıb.

Heybət

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью