Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi

17.06.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış vəkil Fərhad Mehdiyevin qızı ağır yol qəzasında həyatını itirib. O, idarə etdiyi motosikleti ilə yol kənarında dayanan avtomobilə çırpılıb və həlak olub.

Axar.az xəbər verir ki, Fərhad Mehdiyev sosial media hesabında bununla bağlı valideynlərə çağırış edib:

“Uşaqlarınızı və doğmalarınızı "byke" sürməyə qoymayın. Sevdiklərinizlə daha çox vaxt keçirin. Onları qara torpaq bağrına basmadan, siz bağrınıza basın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью