Qızının adı həmin mahnı ilə bağlıdır

18.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

40 yaşlı dünyaşöhrətli müğənni Ledi Qaqanın ilk övladının cinsi və adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TMZ məlumat yayıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, cütlüyün Rose Bean Polanski adlı qızı dünyaya gəlib.

Bildirilir ki, bu ad müğənninin “A Star Is Born” filmində ifa etdiyi “La Vie En Rose” mahnısı ilə bağlıdır.

Həmçinin müğənninin kürəyində “La Vie En Rose” yazısı olan qızılgül döyməsi də var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью