Qızının ölümünə dözməyən ata dünyasını dəyişdi

18.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Axar.az lent.az-a istinadla xəbər verir ki, onlardan Günel Abdullayevanın atası Valeh Abdullayev də 2 gün əvvəl infarktdan dünyasını dəyişib.

Məlumata görə, buna səbəb qızının ölümünə dözə bilməməsi olub.

Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində meşədə baş verib. 47 yaşlı İlahə Vilayət qızı Bayramova rəfiqəsi Günel Valeh qızı Abdullayeva ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью