Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq

13.10.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Nadir Qafarzadə gənclərin evlilik və münasibətlərə yanaşması ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bu barədə "Sevilən səhər" verilişinin canlı efirində danışıb. O, müasir dövrdə bəzi gənclərin həyat yoldaşı seçərkən sevgidən daha çox maddi imkanlara üstünlük verdiyini bildirib.

"İndi qızlar pullu, imkanlı, maşınlı oğlana ərə getmək istəyir. Oğlanlar da artıq varlı ailədən qız almaq istəyirlər. Deməli, hər şey pul üçündür, sevgi yox. Kasıb sevə bilməz? Son zamanlar heç kimə lazım deyil.

Biz əvvəl sevəndə belə deyildi. Xanımım mənə ərə gələndə çox kasıb, yetim adam idim. Səbirlə gəlib bu günə çıxdıq. İndi pulsuz oğlanı anası da sevmir. Pul artıq bizi insanlıqdan çıxarıb", - deyə müğənni bildirib.

Nadir Qafarzadənin bu fikirləri diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью